Tbilisidə “İqlim Diplomatiyası: COP29 Mirası” adlı tədbir keçirilib

122

Tbilisidə Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin və ” Yaşıl Ay” Gürcüstan təşkilatının birgə təşkilatçılığı ilə “İqlim Diplomatiyası: COP29 Mirası” adlı tədbir keçirilib.
Tədbirin mövzusu 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilən COP29-u əhatə edib.


Tədbirdə Azərbaycan və Gürcüstanın rəsmi dövlət nümayəndələri, qeyri-hökumət təşkilatı rəhbərləri, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media nümayəndələri, Alyans Gənclər Mərkəzinin nümayəndələri, Türkiyənin Maarif Okullarının  Gürcüstan üzrə koordinatoru Faruk Tekşen, müəllimlər, gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Azərbaycanın keçdiyi yola həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Videoçarxda Azərbaycan Respublikası tərəfindən COP-29-da həyata keçirilən layihələr, qəbul edilən qərarlar və əldə edilən uğurlar ətraflı şəkildə göstərilib.

Qeyd edək ki, ən önəmli qərarlardan biri olaraq hər il inkişaf etməkdə olan ölkələrə 1, 3 trilyon  dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan, yeni öhdəlik olan Bakı maliyyə məqsədi barədə razılığın əldə edilməsi olub.

Həmçinin bu dönəmdə Gənclərin Töhfəsi İctimai Birliyi də öz növbəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Bakı və regionlarda Ekoloji maarifləndirmə tədbirləri həyata keçirib və COP29-un ideyalarını geniş auditoriyaya çatdırıb. Rəsmi dövlət nümayəndələri çıxış edərək, COP-29-un önəmindən danışıblar.
Çıxış edənlər təbiətlə insan arasında dostluğun vacibliyini, onu qorumağı və bunu gələcək nəsilə də ötürməyin əsas məqsəd olduğunu vurğulayıblar.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxış edərək Azərbaycanın belə bir beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməsinin üzərindən layiqincə gəldiyini və yenilik yaratdığını bildirib.
Bu tədbirə aylarla hazırlıqların görüldüyünü və vacib addımların atıldığını bildirib.
O, bu tədbirin də qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün atılmış olan bir addım olduğunu bildirib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək Azərbaycan və Türkiyənin milli dövlətlərimiz olduğunu və hər birimiz üçün eyni dərəcədə əziz olduqlarını vurğulayıb. COP-29 dönəmində Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsinin hər bir prosesi diqqətlə izləyərək işıqlandırdığını vurğulayıb. Azərbaycanın özünü əməli ilə sübut etməsinin, Azərbaycan dövlətinin və xalqının əhəmiyyətinin başa düşülməsinin hər şeyi aydın şəkildə göstərdiyini və qürurverici olduğunu bildirib. Konqres sədri Yüksək səviyyəli təşkilatçılığa və dəvətə görə öz təşəkkürünü bildirib. Azərbaycana uğurlar diləyib və tezliklə Şuşada görüşməyi arzulayıb.

Gənclərin inkişafında çox böyük əməyi olan Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxış edərək gənclərin  belə tədbirlərdə iştirak etmələrinin çox vacib olduğunu və onların inkişafına töhfə verdiyini qeyd edib. O, bildirib ki, gələcək nəsillər bu ağacların kölgəsində dincələcəklər. O, həmçinin qeyd edib ki, digər mərkəzlərlə birlikdə təbiətin qayğısına qalmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Tədbir sonunda rəsmi qonaqlara təşəkkür plaketləri və iştirakçılara sertifikatlar təqdim edilib.
Tələbələr tərəfindən verilən müxtəlif suallar cavablandırıldı və xatirə şəkilləri çəkdirilib.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq, bizə verilən ödüllərə görə təşkilatçılara öz təşəkkürümüzü bildiririk.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Gürcüstanın təqdim etdiyi qətnaməni qəbul edib
Öncəki yazı
4 iyun tarixinə olan valyuta məzənnəsi bəllidir