This is a specific ad

Tbilisidə daşınmaz əmlakın qiyməti artıb

15

Another advertisement

Milli Statistika İdarəsinin verdiyi məlumata görə, 2024-cü ilin dördüncü rübündə daşınmaz əmlakın qiymət indeksi əvvəlki rüblə müqayisədə 5,2 faiz artıb, indeksin illik artımı isə 10,4 faiz təşkil edib.

Geostat-dan əldə edilən məlumata görə, indeks 2020-ci ilin orta göstəricisi ilə müqayisədə 54,3 faiz artıb. Yaşayış daşınmaz əmlakın qiymət indeksinin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli binalar (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.

Rayonlar üzrə mənzillərin qiymətinə gəlincə, mənzil seqmentində hər kvadratmetrin qiyməti aşağıdakı kimi bölüşdürülür: Mtacminda – 5 987 lari;

Vake – 5 451 lari;

Saburtalo – 4 174 lari; Çuğureti – 3 945 lari; Didube – 3 854 lari; Krcanisi – 3760 lari; Nadzaladevi – 3 739 lari; İsani – 3 569 lari; Qldani – 3513 lari; Samqori – 3 291 lari.

Agentliyin hesabatına görə, 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə qiymətlərdə həm yaşayış mənzilləri seqmentində 4,7 faiz, həm də fərdi yaşayış evləri seqmentində 6,7 faiz artım qeydə alınıb. 2023-cü ilin dördüncü rübü ilə müqayisədə qiymət artımı hər iki seqmentdə – mənzillər üzrə 9,8 faiz, fərdi yaşayış evləri üzrə 12,3 faiz olub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Daxili İşlər Nazirliyi Tbilisinin ictimai nəqliyyatında səs yazılarının yayılması ilə bağlı araşdırmalara başlayıb
Öncəki yazı
Belarusda prezident seçkiləri bu tarixdə keçiriləcək