Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

0

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb.

Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb.

Ən bahalı mənzillər Mtatsminda (kv. m üçün 2 min dollardan çox) və Vake (kv. m üçün 1,8 min dollar) mərkəzi ərazilərindədir. Ən ucuzlar isə Samqori (kv. m üçün 374 dollar) və Qldani (kv. m üçün 112 dollar) yaşayış massivlərindədir.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb
Öncəki yazı
Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb