Tbilisidə Azərbaycan və Gürcüstan XİN rəhbərləri birgə bəyanatla çıxış ediblər

66

Boçorişvili və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə keçirilən birgə brifinqdə çıxış ediblər.

Boçorişvili bildirib ki, Gürcüstan və Azərbaycan qarşılıqlı hörmətə əsaslanan münasibətlərə malikdir və bir-birinin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, görüşdə tərəflər siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir qeyd edib ki, Gürcüstan üçün əsas təhlükəsizlik çağırışlarından biri iki regionun işğalıdır və bu, bütövlükdə regionun sabitliyinə təsir edir. O, həmçinin “Orta Dəhliz” layihəsinin əhəmiyyətini vurğulayıb və region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Boçorişvili Ermənistan-Azərbaycan münasibətlərinə də toxunaraq, mümkün sülh sazişini alqışladı və Gürcüstanın regional sabitliyə sadiqliyini ifadə etdi. O, bu il apreldə keçirilən üçtərəfli görüşü də yüksək qiymətləndirib.

Sonrakı yazı
23 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Milli Mətbuatımızın 150 illiyinə həsr edilmiş tədbir keçirilib