Another advertisement
Tbilisinin Dolidze küçəsində atışma olub.
QafqazTürk Media xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Əldə olan məlumata görə, kişi tibb müəssisəsindədir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.