Parlament qarşısında etiraz aksiyası başlayıb. Hazırda Rustaveli prospektində magistral yol bağlanıb.
Bugünkü aksiyaya Tbilisinin müxtəlif kilsələrindən Milad yürüşünün iştirakçıları da qoşulacaq və onlar Rustaveli prospektinə doğru hərəkət edəcəklər.
Etirazın 40-cı günündə aksiya iştirakçıları gecə saat 12:00-da Kaşueti Katedralində Milad toplantısı keçirəcəklər.
Nümayişçilərin əsas tələbi hələ də dəyişməzdir – yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı həbs olunan şəxslərin azadlığa buraxılması.