Parlament qarşısında etiraz aksiyası başlayıb. Nümayişçilər aksiyaya Gürcüstanın dövlət himnini oxumaqla başlayıblar.
Hazırda Rustaveli prospektində magistral yol bağlanıb.
Mitinq iştirakçılarına müxtəlif məzmunlu bannerlər çatdırılıb. Əsas tələblər hələ də dəyişməzdir – yeni seçkilərin keçirilməsi və etirazlar zamanı həbs olunan şəxslərin azadlığa buraxılması.
Parlament qarşısında aksiya 37-ci gündür ki, fasiləsiz davam edir.