Another advertisement
Rustaveli prospektində vətəndaşların etiraz aksiyası davam edir.
26 gündür Rustaveli prospektində toplaşan aksiya iştirakçıları yolu yenə bağlayıblar.
Onların tələbi aksiyalar zamanı həbs olunan vətəndaşların azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsidir.
Məlumat üçün bildirək ki, irimiqyaslı aksiyalara “Gürcü arzusu”nun noyabrın 28-də verdiyi qərar səbəb olub, qərara əsasən Gürcüstan 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcək.