Another advertisement
Mitinq parlamentin yaxınlığında yenilənib. Etirazçılar yolu bağlayıblar.
Mitinqə veteranlar, müəllimlər, mühazirəçilər qatılıblar.
Artıq 25-ci gündür ki, vətəndaşlar etiraz aksiyaları keçirir. Aksiya iştirakçılarının tələbi aksiyalar zamanı həbs olunan vətəndaşların azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsidir. Məlumat üçün bildirək ki, irimiqyaslı aksiyalara “Gürcü arzusu”nun noyabrın 28-də verdiyi qərar səbəb olub. Həmin qərara əsasən, Gürcüstan 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcək.