This is a specific ad

Tbilisidə aksiya davam edir

35

Another advertisement

İncəsənət sahəsinin nümayəndələri bərpaçılar və incəsənət xadimləri Marcanişvili meydanından parlamentə doğru mitinq yürüşü keçirirlər.

Bundan əvvəl Mədəniyyət Nazirliyinin önünə toplaşan bərpaçılar, konservatorlar və incəsənət xadimləri Mərcanişvili meydanına hərəkət edərək burada incəsənətin müxtəlif sahələrinin nümayəndələri ilə birləşiblər.

Mitinq iştirakçılarının əllərində “Tarixi qoruyuruq, gələcəyi biz qururuq!”, “Polis rejiminin leqallaşdırılmasına yox”, “Qorxma”, “Haqqın atəşfəşanlığı”, “Yalan” yazıları olan pankartlar var.

Bundan əlavə, onların əlində Avropa İttifaqının və Gürcüstanın bayraqları var.

Yürüş başlamazdan əvvəl fotoqraf Mari Nakanın dediyinə əsasən, “İncəsənət azadlıq deməkdir və lazımdır ki, həmişə, hər yerdə rəssamlar çıxıb öz sözünü desinlər, çünki tarixdə qalan tək şey sənətdir”.

“Hər axşam parlamentin qarşısında dayanan gənclərə təşəkkür edirəm. Çünki onlar bizim nəsildən daha yaxşı bilirlər və çox soyuqqanlıdırlar. Bizim edə biləcəyimiz tək şey onlara dəstək olmaqdır. Mən çox şadam ki, belə övladlar yetişdirmişik ”,  deyə Mari Nakan bildirib.

Mitinq iştirakçıları Gürcüstan hökumətini “növbədənkənar seçkilər təyin etməyə, ölkəni Avropanın xarici siyasətinə qaytarmağa və siyasi məhbusları azad etməyə” çağırırlar.

Sonrakı yazı
“Biz idarə etmək istəyirik, yoxsa idarə olunmaq?”- Şalva Papuaşvili
Öncəki yazı
Litva daha 17 gürcü siyasətçiyə sanksiya tətbiq edib