This is a specific ad

Tbilisidə aksiya davam edir

32

Another advertisement

İncəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələrinin birgə etiraz yürüşü parlamentin qarşısından keçib.

Mitinq iştirakçıları avtomobillərin hərəkətini tamamilə dayandırıblar.

Aksiya iştirakçıları hazırkı aksiyalar zamanı həbs olunan vətəndaşların azadlığa buraxılmasını və təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Onların fikrincə, bu gün hərəkətsizlik, səs çıxarmamaq cinayətdir, eyni zamanda, dövlət sektorunda çalışanları tətilə çağırırlar.

Onların olduğu yerə Gürcüstan və Avropa İttifaqının bayraqları, müxtəlif məzmunlu – “Konservatoriya qorunmayacaq”, “Anri Kakabadzeyə azadlıq”  kimi bannerlər gətirilib.

Məlumat üçün bildirək ki, bədii yürüş iştirakçıları əvvəlcə Dövlət Konservatoriyasına toplaşıb, daha sonra Çavçavadze, Varazişxevi və Melikişvili küçələrinin kəsişməsində İT meydança yürüşünün iştirakçılarına qoşulublar.

Birgə yürüşün iştirakçıları ictimai yayımçıya, Tbilisi meriyasına, Ədliyyə Evinə və nəhayət, Gürcüstan parlamentinə gəliblər.

Yürüş zamanı vətəndaşlar tətilə və yürüşdə iştiraka çağırılıb.

Sonrakı yazı
Yetkinlik yaşına çatmayan şəxslərin valideynləri bu halda cərimələnəcəklər
Öncəki yazı
Parlamentin reqlamentinə dəyişikliklər edilib