Tbilisidə kişi qadını bıçaqlayıb.
Mövcud məlumata görə, 40 yaşlarındakı kişi rəsmi nikahda olmayan həyat yoldaşını övladının gözü qarşısında soyuq silahla bıçaqlayıb. Yaralı qadın xəstəxanaya çatdırılıb. Kişiyə gəlincə, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin adam öldürməyə cəhd (19/108) maddəsi ilə araşdırma aparılır.