This is a specific ad

Tbilisidə 2 nəfərin qətlinə görə 20 il axtarışda olan şəxs tutulub

244

Another advertisement

Tbilisi şəhərində 2004-cü ildə iki nəfəri qəsdən qətlə yetirdiyinə görə axtarışda olan şəxs “Darialı” sərhəd zastavasının ərazisində ağırlaşdırıcı şəraitdə tutulub. O, ölkəyə başqa soyadla daxil olmağa çalışıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin və Patrul Polis İdarəsinin Sərhədlərin İdarə Edilməsi və Əlaqələndirilməsi Baş İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində axtarışda olan 1963- cü il təvəllüdlü şəxsi yaxalayıblar.

Təqsirləndirilən şəxs 2004-cü ildə Tbilisidə  ağırlaşdırıcı şəraitdə iki nəfərə qarşı qəsdən adam öldürməyə görə axtarışa verilib.

Qeyd olunan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Gürcüstanın dövlət sərhədini başqa soyadla keçməyə cəhd edərkən Sərhəd İmmiqrasiya Nəzarəti Xidmətinin “Dariali” ərazisində yaxalanıb”, – Daxili İşlər Nazirliyi bildirir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Putin və Paşinyan Rusiya liderinin Azərbaycana səfərini müzakirə edib və görüş barədə razılığa gəliblər
Öncəki yazı
4 ayaqlı Ulaş ailəsi dünya elminin marağına səbəb olub