This is a specific ad

Tbilisidə 150 ​​sahibsiz it üçün yeni sığınacaq tikiləcək.

88

Another advertisement

Tbilisidə 150 ​​sahibsiz it üçün yeni sığınacaq tikiləcək.

QafqazTürk xəbər verir ki, bu barədə paytaxtın meri Kaxa Kaladze hökumət iclasında bildirib.

“Tbilisi Bələdiyyəsinin Əmlakın İdarə Olunması Agentliyi ilə “CBD Development” MMC arasında müqavilə imzalanır. Müqaviləyə əsasən “East Point” ticarət mərkəzinin yaxınlığında sahibsiz itlər üçün sığınacaq tikiləcək.

“CBD Development” MMC Orxevi qəsəbəsində, Axvledianinin ikinci xiyabanında yerləşən 9231 kv.m torpaq sahəsinə iki il ərzində 1,5 milyon lari investisiya edəcək.

Müqaviləyə əsasən, sözügedən ərazinin tam fəaliyyəti üçün zəruri olan torpaq sahəsində itlər üçün sığınacaqlar, əməliyyat, karantin yerləri və müxtəlif yardımçı tikililər təşkil olunacaq. Şirkət 150 evsiz it üçün sığınacaq təşkil etməyi öhdəsinə götürür. Sözügedən torpaq sahəsi 15 il müddətinə şirkətə pulsuz veriləcək”- deyə paytaxt meri bildirib

Sonrakı yazı
Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı planlaşdırır
Öncəki yazı
Çavuşoğlu: Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir