Another advertisement
Gürcüstan Hava Yolları aprelin 20-dən etibarən Tbilisidən Təl-Əvivə gündəlik birbaşa uçuşları bərpa edəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Məlumata görə, bir tərəfə biletin qiyməti 140 avrodan (təxminən 406,31 lari) başlayacaq.
Qeyd edək ki, Gürcüstan Hava Yolları oktyabrın 22-də İsrailə uçuşları dayandırıb.