This is a specific ad

Tbilisidən bir sıra şəhərlərə uçuşlar təxirə salındı

41

Another advertisement

Tbilisi Beynəlxalq Hava Limanından İstanbul, Münhen, Riqa və Dubaya reyslər pis hava şəraitinə görə təxirə salınıb.

QafqazTürk.com xəbər verir ki, reysləri “Pegasus” və “Türk Hava Yolları” həyata keçirməli idi.

Pis hava şəraiti ötən gün sözügedən hava limanının fəaliyyətində problemlər yaradıb. “Georgian Airways” şirkətinə məxsus Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə duman səbəbindən Tbilisiyə təxminən 4 saat gec enib.

Bundan başqa, İrəvan-Tbilisi reysini həyata keçirən “Air Dilians” şirkətinə məxsus təyyarə İrəvana qayıdıb.

Tehrandan Gürcüstanın paytaxtına uçan “Qeshm Air” şirkətinin təyyarəsi isə geri dönməli olub.

Sinoptiklər Gürcüstanda yanvarın 16-dan hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırırlar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyə ordusu şəhid verdi
Öncəki yazı
Qamsaxurdiyanın oğluna vəzifə verildi