Another advertisement
Bu gün, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində yerləşən Cümə məscidində Xocalı soyqırımında şəhid olanların xatirəsinə həsr edilmiş ehsan süfrəsi açılıb.
QafqazTürk.com xəbər verir ki, əvvəlcə şəhid olanların ruhları yad edilib və Quran-i-Kərimdən dualar oxunub.
Sonra Müqəddəs Qurandan ayələr oxunub, hədislər səsləndirilib.
Müxtəlif ölkələrdən Gürcüstana gəlmiş tələbələr, iş adamları və icmanın iştirakı ilə Cümə namazı əda edildikdən sonra isə ehsan süfrəsi açılıb.