This is a specific ad

Tbilisidə Qurani-Kərim mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO

52

Another advertisement

Gürcüstanın paytaxtı Tbilisidə “Qurtuluş və Hidayət nuru – Qurani-Kərim” mövzusunda beynəlxalq dini və elmi konfrans keçirilib.

QafqazTürk.com xəbər verir ki, konfransda din, elm, media və ictimaiyyət xadimləri iştirak edib.

Qurani-Kərimin tilavəti ilə başlayan konfransdan əvvəl son günlər Yaxın Şərqdə baş verən acı hadisələrə toxunulub. İnsanlıqdan uzaq vəhşiliklər qınanılıb, ölənlərə rəhmət arzulanıb.

Sonra 4 ölkədən din alimlərinin dəvət olunduğu konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Etibar Emonov, Qərbi Gürcüstan üzrə Müfti Hacı Adəm Şantadze, Azərbaycandan tanınmış din xadimi, Hacı Samir Ağayev, Türkiyədən Əhlibeytmedia dərnəyinin sədri Hacı Hasan Karabulut, İran İslam Respublikasından İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının nümayəndəsi Yəhya Cahangiri, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Mahmut Göl, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə, Qurani-Kərimin gürcücə tərcüməçisi Rezo Mikeladze və Gürcüstan Ruhanilərindən Hacı Kamran Məmmədov çıxış edib.

Çıxış edən natiqlər Qurani-Kərimin elmi, bədii və mənəvi möcüzəliyi, bəşəriyyətin nicatı yolunda təqdim etdiyi həyat tərzi, insanın kamala çatması sahəsindəki proqramı, hidayət və rəhmət baxımından önəmli vəsilə olması, İlahi kitabda insani dəyərlər və s. kimi mövzular haqqında ətraflı danışılıb.

Son illərdə Qərb ölkələrində geniş vüsət alan Qurani-Kərimə qarşı olan hörmətsizliklərin növləri və səbəbləri haqqında da söhbətlər edilib.

Sonda çıxış edən qonaqlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Təltifnamələr təqdim olunub.

Kateqoriya: Din
Sonrakı yazı
Elon Maskın “StarLink” interneti Gürcüstandadır
Öncəki yazı
აჭარის მთავრობის გადაწყვეტილებით, სამრეწველო გადამუშავების არასტანდარტულ მანდარინზე სუბსიდია გაორმაგდა და მეციტრუსე ფერმერები სახელმწიფოს მხრიდან ერთ კილოგრამ პროდუქტზე, 15 თეთრის ნაცვლად 30 თეთრით დაფინანსდებიან