This is a specific ad

Tbilisidə “Novruz festivalı” keçirilib – FOTOLAR

215

Another advertisement

Bu gün paytaxt Tbilisi şəhərində “Novruz Festivalı” şənliyi baş tutub.

QafqazTürk.com xəbər verir ki,  Tbilisi meriyasının və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü ilə baş tutan şənlikdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri də öz xalqlarının Novruz ənənələrini nümayiş etdirdilər.

Bunula yanaşı, Gürcüstandakı azərbaycanlı icmasının Novruz adət-ənənələri, milli rəqsləri, mahnıları və mətbəxi də həmçinin geniş təqdim edildi.

Novruz Bayramı şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansamblları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kisişvili və Musa Cəfərov və bir çox digər ifaçılar da səsləndirdikləri mahnılarla çıxışlar ediblər.
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Türk Dövlətləri Təşkilatı Novruz bayramı münasibətilə türk dövlətlərini təbrik etdi – FOTO
Öncəki yazı
ევროკავშირი საქართველოს ორ მუნიციპალიტეტს კულტურის განვითარებისთვის 60 000 ევროს გადასცემს