Tbilisidə İrakli Ğaribaşvilinin təşəbbüsü ilə iftar süfrəsi açılıb – FOTO/VİDEO

5

Dünən, 19 aprel 2023-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstan müsəlmanlarını iftar məclisinə dəvət etmişdi.

QafqazTürk.com xəbər verir ki, iftar süfrəsi Tbilisidə, “Funikulyor” restoranında təşkil edilmişdi.

Dəvətlilər arasında Gürcüstandakı müsəlman ölkələrinin səfirləri, hökumət nümayəndələri, parlamentdə xalqımızı təmsil edən deputatlar Zaur Darğallı və Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri, qubernatorlar, Gürcüstan Azərbaycanlıları Konqresi, Marneuli meri Kənan Ömərov və meriyanın məsul işçiləri, Kvemo Kartli bələdiyyə məclislərini rəhbərlərindən Rövşən İsgəndərov, Tariyel Məmmədov, Rəsul Bəxtiyarov, Samir Xiyalov, Vüqar Məmmədov, Tariyel Mirzəyev, Ramiz Ramazanov, Gürcüstan qəzetinin baş redaktoru Xaləddin Yolçuyev, icma nümayəndələri, ziyalılar və ruhanilər yer almışdılar.

İftar məclisində Baş nazir Ğaribaşvili çıxış edərək Gürcüstan müsəlmanlarını müqəddəs ay və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdi, dövlətin müsəlmanlara göstərdiyi diqqətdən danışdı. Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri çıxış edərək bütün dünya və ölkədə yaşayan müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdilər. Ruhanilərimiz öz çıxışlarında görülmüş və görüləcək işlər barədə iftar iştirakçılarına məlumat verdilər. Çıxışlarının sonunda təşkil olunmuş iftar üçün, Gürcüstanda yaşayan müsəlmanlara hökumətin qayğı və diqqəti üçün hökumət başçısı cənab Ğaribaşviliyə xalqımız adına öz təşəkkürlərini bildirdilər.

İftar məclisində iştirak edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov göstərilən diqqətə görə Baş nazir İrakli Ğaribaşviliyə təşəkkür edib.

“Biz də Gürcüstan Azərbaycanlıları Konqresi olaraq Baş nazirimiz cənab İrakli Ğaribaşviliyə həm milli, həm dini bayramlarımızda yanımızda olduğuna və göstərdiyi diqqətə görə ürəkdən təşəkkür edirik”, – deyə H.Yusubov bildirib.

0
0
Kateqoriya: Din, Maraqlı
Sonrakı yazı
Dünyada hər il neçə nəfər ölür, neçə nəfər dünyaya gəlir? – STATİSTİKA
Öncəki yazı
20-21 aprel tarixlərində gözlənilən hava şəraiti