This is a specific ad

Tbilisidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış poçt markasının təqdimatı keçirilib

50

Another advertisement

Bu gün Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış poçt markasının təqdimat mərasimi keçirilib.

QafqazTürk.com xəbər verir ki, təqdimat mərasimində səfirliyin əməkdaşları, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Quram Quramişvili, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirliyinin rabitə, informasiya və müasir texnologiyalar departamentinin direktoru Eka Kubusidze, “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev, “Azərpoçt” MMC-nin Marka şöbəsinin direktoru Sitarə Hüseynova, Gürcüstan Poçtunun beynəlxalq əlaqələr departamentinin rəisi Nuqzar Breqvadze, “QafqazTürk Media”nın koordinatoru Səma Məmmədova, QafqazTürk xəbər portalının redaktoru Hacı Xəlilov və mətbuat nümayəndələri iştirak ediblər.

Səfir Faiq Quliyev çıxış edərək Heydər Əliyevin Gürcüstan-Azərbaycan arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını və bu ənənənin hələ də müvəffəqiyyətlə davam etdirildiyini bildirib.

Səfir Faiq Quliyevdən sonra AzərPoçt İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev çıxışında Gürcüstanla Azərbaycan arasındakı mövcud əlaqələrin tarixindən bəhs etdi və bildirdi ki, Heydər Əliyevin rolu iki ölkə arasındakı əlaqələrin şaxələnməsində mühüm rol oynamışdır.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirini müavini Quram Quramişvili isə öz növbəsində Heydər Əliyevin istər Azərbaycan istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar üçün unudulmaz şəxsiyyət olduğunu ifadə edib və məhz onun səyləri sayəsində Gürcüstanla Azərbaycan arasındakı istər siyasi istərsə də dostluq-qardaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd edib.

Sonda səfir F.Quliyev, Q.Quramişvili və İ.Mustafayev təqdimat mərasimində iştirak edən qonaqlara iştirakları üçün təşəkkür ediblər və “Heydar Aliyev 100” markasının çapı ilə əlaqədar müvafiq sənəd imzalayıblar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
დასრულდა ჩვენი საახალწლო კონცერტები თბილისის საკონცერტო დარბაზში! მადლობა ჩვენს ერთგულ მაყურებელს! მომავალ შეხვედრამდე!
Öncəki yazı
ჩინეთიდან სახმელეთო გზით ტვირთების ტრანსპორტირებაზე 30%-იანი ზრდა გვაქვს – SKYLOG