This is a specific ad

Tbilisidə gənc rəssamın rəsm sərgisi keçirilib – FOTOLAR

58

Another advertisement

Bu gün, noyabrın 23-də Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb.

Sərgi, Gürcüstan Azərbaycanlıları Konqresinin və “Qafqaz Türk.com” xəbər portalının təşkilatçılığı və informasiya dəstəyi ilə baş tutmuşdur.

Rəsm sərgisinin açılışını giriş sözü ilə GAK-ın sədr müavini Səma Məmmədova açmışdır.
Sərgidə Marneulidən olan istedadlı gənc rəssam Xəyalə Mustafayevanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində sərgilənən əsərləri Heydər Əliyevə, Ali Baş Komandan İlham Əliyevə, bütövlükdə Azərbaycana, Şuşa, Xarıbülbül və Xocalı soyqırımına, Azərbaycan – Gürcüstan – Türkiyə dostluğunun simvoluna çevrilmiş neft və qaz kəmərlərinə həsr edilib. Bundan savayı, müəllifin müxtəlif səpkili digər əsərləri də nümayiş etdirilib.
Tədbirin əsas təşkilatçısı olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var.

Xəyalə xanım Mustafayevanın çəkdiyi rəsmlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir. Bu sərgi müəllifin sayca beşinci sərgisidir və inanırıq ki, istedadlı rəssam yeni zirvələr fəth edəcəkdir. Biz rəssamlarımızı, digər istedad sahiblərimizi kənarda axtarmamalıyıq. Doğma gənclərimiz arasında aramalıyıq. Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, biz, gənc istedadlara daim dəstək olmuşuq və indən sonra da bu yöndə fəaliyyətimizi davam etdirəcəyik“.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərinin – M.K. Atatürkün, Azərbaycan-Gürcüstan dostluğunun, Xocalı soyqırımının, Qarabağımızın, Xarıbülbülün, Şuşanın əsrarəngiz təbiətinin, Ulu Öndərin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin, Ümummilli Liderin və onun siyasətini ləyaqətlə və uğurla davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin portretlərinin xüsusi ardıcıllıqla nümayiş etdiriməsi olduqca təqdirəlayiqdir. Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafatevanın sərgilərinə dəstək olduğunu qeyd edib.
Gürcüstanda səfərdə olan ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.

Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov Ulu Öndərin soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Rəssamın bu sərgisinin soydaşlarımızın Ümummilli Liderə olan sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb.

Sərginin sonunda Rəssam X.Mustafayeva sərginin təşkilinə göstərilən dəstəyə görə, təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı olan Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini tamaşaçılara göstərmək istəyib.
Sərgidə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərgidə rəssamın 30-dan artıq əsəri nümayiş etdirilib. Qeyd edək ki, sərgi “Qafqaz Türk.com” saytının informasiya dəstəyi ilə reallaşıb.

Öz yekun sözündə rəssam Xəyalə Vidadi qızı və çıxış edənlərin hər biri təşkilatçılara, şəxsən Hüseyn Yusubova öz təşəkkürlərini bildirmişlər.

Minnətqarlıq hissi ilə qeyd edirik ki, maraqlı keçən sərgidə Tiflisdən Azərbaycan səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, ekspert Mübariz Qarayev, tələbə gənclər, Aktiv Qadınlar Təşkilatının rəhbəri Gülya Mustafayeva, Qardabanidən tanınmış ziyalılar Lətif Əhmədov, Yusif Məmmədov, Nadir Bayramov, Növrəstə Həsənova, Marneulidən yazıçı Əli Abbas, tanınmış yazar və din xadimi Mirağa Mustafayev, Aşıq Həvəskar Nurəddinoğlu, Ramilə Babakişiyeva, Anna Allahverdiyeva, gənclər, Konqresin üzvləri və Qafqaz Türk Medianın əməkdaşları, Bolnisi Bələdiyyəsinin sədr müavini Rəsul Bəxtiyarov, iki çağırış Gürcüstan Parlamentinin deputatı Ramiz Bəkirov, Çingiz Yaqubov, Dmanisi Bələdiyyəsinin sədr müavini Azər Əliyev, Böyük Muğanlı kəndinin fəalları və ziyalılarından Vidadi Əliquliyev, Ceyhun Qasımov, İntiqam Gülməmmədov, Atəş Binnətov, Rəhim Kərimov və başqaları iştirak etmişlər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Niderlandda seçkiləri Quranın və məscidlərin qadağan edilməsini istəyən ifrat sağçılar qazandılar 
Öncəki yazı
İsrail Qəzzadan olan girovların azad ediləcəyi ilk tarixi açıqlayıb