• 20 Fevral 2025 00:59

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Tbilisidə daşınmaz əmlak qiymətləri bahalaşır

ByNiyazi Yusubov

Apr 23, 2024
Another advertisement

Paytaxt Tbilisidə daşınmaz əmlak bahalaşmaqda davam edir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən, 2024-cü ilin birinci rübündə çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində yeni mənzillərin qiymətləri hər rübdə 1,1%, il ərzində isə 13% artıb. Eyni zamanda, 2020-ci ildən bəri artım 41,3% təşkil edib.

Mənzillərdə kvadrat metrin qiyməti ərazidən asılı olaraq 3041 lari (1137 dollar) ilə 5578 lari (2086 dollar) arasında dəyişir. Fərdi evlərdə – 2036 laridən (761 dollar) 4250 lariyə (1590 dollar) qədər fərq var.