This is a specific ad

Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilib – DETALLAR

69

Another advertisement

Bu gün, 29 aprel tarixində Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan olan jurnalistlərin iştirakı ilə “Cənubi Qafqazda Sülh və Medianın Rolu” mövzusunda görüş keçirilib.

Görüşdə QafqazTürk.com xəbər portalını Hacı Xəlilov təmsil edib.

Baş ofisi Ankarada yerləşən media sahəsində aparıcı beynəlxalq qeyri-hökumət təşkilatı olan Qlobal Jurnalistlər Şurasının (QJŞ) təşəbbüsü ilə təşkil olunan görüşdə iştirakçılar Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində medianın rolu ilə əlaqədar geniş fikir mübadiləsi aparıblar.

Görüşün geniş müzakirə mühiti yaratdığı, eyni zamanda, Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin ilk dəfə bir araya gəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, kommunikasiyanı gücləndirən və ortaq məqsədlərə doğru işləməyi nəzərdə tutan bu görüşə Gürcüstan və Türkiyə jurnalistlərinin verdiyi dəstək təqdirəlayiqdir. Görüşdə tərəflər bütün ekstremist cərəyanlara, zorakılıq, münaqişə və terrorizmi dəstəkləyən ideya və baxışlara qarşıdırlar, bu yolda təşəbbüs, səy, plan və təxribatlarla birgə mübarizə prinsipini qəbul edirlər.

QJŞ-nin Gürcüstan üzrə təmsilçisi, newsday.ge portalının redaktoru Avtandil Otanaşvili Cənubi Qafqazda gedən proseslərdən danışıb, münaqişələrin həllində KİV-in rolunu qeyd edib.

Sonra BJŞ -nin prezidenti Mehmet Ali Dim çıxış edərək dünyada müharibələrin yaratdığı problemlərdən danışıb. Bildirib ki, bütün müharibələr, münaqişələr və digər problemlərin həllində KİV mühüm rol oynayır. Bu tədbiri keçirməkdə məqsəd, Azərbaycan ilə Ermənistan arasında 40 ilə yaxın müddətdə davam edən münaqişənin həllində KİV-in rolunu artırmaqdır.

Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı münaqişələrin həllində jurnalistlərin rolunu qeyd edib. Dünyada gedən müharibələr zamanı jurnalistlərin də qətlə yetirildiyini diqqətə çatdırıb.

Onun təklifi ilə münaqişə bölgələrində həlak olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ermənistanın “Arminform” agentliyinin direktoru Emmanuel Mkrtçyan azərbaycanlı jurnalistin fikirləri ilə razı olduğunu vurğulayıb və təşkil olunmuş görüşü yüksək qiymətləndirib.

Dəyirmi masada Türkiyənin “Sabah” qəzetinin yazarı Yavuz Donat, “Youtuber” Ardan Zentürk, “Haber Qlobal”ın aparıcı redaktoru Benan Kepsutlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyn, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətai Əzizov, 24news.ge portalının rəhbəri Azər Məmmədov, “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oqanezova, apsny.ge portalının direktoru, siyasi icmalçı Qoça Qvaramiya, “Armeninfo” agentliyinin direktoru Emmanuel Mkrtçyan və başqaları çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu cür tədbirlər Cənubi Qafqazda davamlı sülhə nail olunması istiqamətində mühüm işlərin görülməsinə yardımçı ola bilər.

Bundan əlavə, jurnalistlərin bu cür dördtərəfli görüşülərinin daha geniş tərkibdə İstanbulda, Bakıda və İrəvanda da keçirilməsinin vacibliyi qeyd edilib.

Tərəflər bəyan ediblər ki, “problemlərin həlli Qafqaz xalqlarının ümumi həll yolunun axtarışından keçir” prinsipinə sadiqdirdilər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

QafqazTürk.com qəbul edilmiş bəyanatı təqdim edir:

“Bu konsensusa uyğun olaraq, heç bir millətə qarşı alçaldıcı, marginallaşdırıcı və zorakılığa sövq edilə bilməz. Tərəflər əsrlər boyu birgə yaşamış Cənubi Qafqaz xalqlarının gələcəkdə də sülh və qarşılıqlı hörmət əsasında birgə yaşayacağına inandıqlarını vurğulayıblar.

Eyni zamanda tərəflər hesab edirlər ki, Cənubi Qafqazda yığılıb qalmış problemləri bir-birini daha yaxından tanımaqla həll etmək olar. Bu səbəbdən onlar milli mədəniyyətlərin digər ictimaiyyət tərəfindən daha yaxından tanınması üçün media qurumlarının fəaliyyətinin həyati əhəmiyyət kəsb etdiyini düşünürlər.

Tərəflər dezinformasiyaya qarşı mübarizənin vacib olduğuna inanırlar. Onlar bununla bağlı tez bir zamanda yoxlama mexanizminin yaradılmasını və gürcü həmkarlarının bu prosesə cəlb olunmasını istəyirlər.

Tərəflər hesab edirlər ki, region xalqları arasında isti və dinc əməkdaşlıq güclü iqtisadi əlaqələrdən irəli gəlir. Bu səbəbdən bütün milli media qurumlarının ortaq iqtisadi layihələr, investisiya planları, istehsalın və məşğulluğun artırılması siyasətləri, ekoloji problemlər və xüsusilə turizmlə bağlı xəbərləri artırmalıdır. Tərəflər bu mövzularda xəbər mübadiləsini artırmağı qərara alıblar.

Ermənistan və Azərbaycan mətbuat nümayəndələrinin ümumi fikirlərində Gürcüstan və Türkiyədən olan həmkarlar da iştirak edir”.

Sonrakı yazı
Marneuli Munisipalitetinin mədəniyyət mərkəzində konsert keçirilib
Öncəki yazı
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində altı uşaq həlak olub