This is a specific ad

Tbilisidə yenidən xarici agentlər haqqında qanuna etiraz aksiyası keçirilib

19

Another advertisement

Respublika meydanında xarici agentlər haqqında qanuna zidd olan və ölkənin Avropa gələcəyi üçün xeyriyyə tədbiri keçirilib və keçmiş mitinqlərdə saxlanılan vətəndaşların cərimələrini ödəmək üçün pul yığılıb.

QafqazTürk.com xəbər verir ki, Tədbir başlamazdan əvvəl müxtəlif qeyri-hökumət təşkilatlarından olan, xarici agentlər haqqında qanunun əleyhdarları Tbilisinin mərkəzi prospektləri ilə yürüş ediblər. Aksiyada abxaziyalı məcburi köçkünlər də iştirak ediblər.

Qeyd edək ki, Tbilisidə və Gürcüstanın iri şəhərlərində təxminən bir ay yarımdır davam edən küçə etirazlarına, həmçinin ABŞ və Avropa İttifaqının sanksiya hədələrinə baxmayaraq, mayın 28-i Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu aşaraq onu ilkin redaksiyada qəbul edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
თბილისში უცხოური “აგენტების შესახებ” კანონის მოწინააღმდეგეთა საქველმოქმედო აქცია-კონცერტი გაიმართა
Öncəki yazı
Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirir