This is a specific ad

Tbilisidə vəziyyət gərginləşib- Aksiyaçılarla polis arasında qarşıdurma olub

49

Another advertisement

Parlamentinin binası qarşısında aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

QafqazTürk.com xəbər verir ki, qarşıdurmaya səbəb mitinq iştirakçıları tərəfindən parlamentin qarşısında hasarlanmış səhnəyə çıxmaq tələbi olub.

Hazırda aksiya iştirakçıları ilə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında danışıqlar gedir.

Mitinq iştirakçıları “Gəlin içəri girək” şüarları səsləndirirlər.                                                                                                  Daxili İşlər Nazirliyi (DİN) də öz növbəsində aksiyanın təşkilatçılarını, iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa, ictimai asayişi qorumağa çağırıb: “Həmçinin Rustaveli prospektində qanunvericilik binasının qarşısında qurulan səhnənin inventarına və avadanlıqlarına xələl gətirməməyə səsləyirik. Rustaveli prospektində davam edən aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub və vətəndaşların təhlükəsizliyini qoruyur. Mitinqin təşkilatçılarını və iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa, ictimai asayişi qorumağa çağırırıq”.

“Həmçinin aksiyanın hər bir iştirakçısını Rustaveli prospektində, qanunvericilik binasının qarşısında qurulan səhnənin texnologiya və avadanlıqlarına xələl gətirməməyə çağırırıq. İstənilən qanun pozuntusunun qarşısı polis tərəfindən dərhal alınacaq”, – DİN-in bəyanatında deyilir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის საკრებულოს 2024 წლის 30 აპრილის სხდომის დ ღ ი ს წ ე ს რ ი გ ი
Öncəki yazı
Tbilisidə aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz üçün meydana toplaşırlar