This is a specific ad

Tbilisidə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

45

Another advertisement

Oktyabrın 30-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə rəsmi tədbir keçirilib.

Səfir Ali Kaan Orbayın təşəbbüsü ilə təşkil olunan tədbirdə Gürcüstanın Baş naziri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin bütün təmsilçiləri, xarici ölkələrin Gürcüstandakı bütün təmsilçiləri, digər rəsmi şəxslər, siyasətçilər, Gürcüstan azərbaycanlıları konqresinin, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə göndərdiyi təbrik videosu izlənilib.

Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən , Gürcüstan- Türkiyə arasında mehriban qonşuluq munasibətlərindən bəhs edilib.

Baş nazir İrakli Qaribaşvili çıxış edərək Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb, dost Türkiyə xalqına rifah və firavan həyat arzulayıb.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrakli Qaribaşvili Çexiyanın Gürcüstandakı səfiri ilə görüşüb
Öncəki yazı
Şərqi və Qərbi Gürcüstanı birləşdirən yolun açılışı olub