Tbilisidə Tbilisi-Batumi istiqamətində hərəkət edən sərnişin qatarı iş platformasına çırpılıb. Əldə olunan məlumata görə, hadisə nəticəsində “Gürcüstan Dəmiryolları”nın 2 əməkdaşı dünyasını dəyişib.
Qafqaztürk Media xəbər verir ki, bu barədə “Gürcüstanın Dəmiryolları” məlumat yayıb.
“Bu gün, sentyabrın 3-də Tbilisidə “Gürcüstan Dəmir Yolları” QSC-nin Didube-Avçala hissəsində baş vermiş dəmir yolu qəzası nəticəsində planlaşdırılmış işləri icra edən iki əməkdaşı həlak olub. Hazırda Batumi-Tbilisi istiqamətində hərəkət edən qatar dayanıb, qatarda olan sərnişinlər xəsarət almayıb.
“Gürcüstan Dəmir Yolları” baş vermiş hadisədən kədərləndiyini bildirərək, dünyasını dəyişmiş hər 2 əməkdaşın ailəsinə başsağlığı verir”, – məlumatda deyilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi səfərbər olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.