This is a specific ad

Tbilisidə “Saza and içirəm” adlı tədbir keçirilib

51

Another advertisement

Tbilisidə Gürcüstan Mədəniyyət Nazirliyinin Folklor mərkəzinin layihəsi çərçivəsində Gürcüstan azərbaycanlıların “Saza and içirəm” adlı ənənəvi musiqi gecəsi keçirilib.

Qafqaztürk xəbər verir ki, tədbir 15 oktyabr tarixində baş tutub.

Tədbirdə “Gürcüstan folkloru” qeyri-hökumət təşkilatının direktoru Sandro Natadze, koordinator Teona Ruxadze, etnomusiqiçi Nana Mjavanadze və layihədə önəmli ekspert olaraq Nargilə Mehdiyeva, Gürcüstan azərbaycanlıları konqresinin sədri Hüseyn Yusubov, “Qafqaztürk” medianın əməkdaşları və digər maraqlanan şəxslər iştirak ediblər.

Sözügedən tədbirdə elimizin ustad aşıqlari Şahbaz Məmmədov, Ariz Hüseynov, Həvəskar Qurbanov, Gülayət Vəliqızı, Famil Nəbiyev, Ziyəddin Əliyev, Tağı Tağıyev, Sahib Əliyev, Bafail Adıgözəlov və Nargilə Mehtiyevanın tələbələri çıxış ediblər.

Qeyd edək ki, layihə 2023-cü ilin noyabr ayında Gürcüstan azərbaycanlılarının adət-anənələrdən bəhs edən sənədli filmin təqdimatı ilə yekunlaşacaq.

Tədbirin təşkilatçılarından biri olan, “Gürcüstan folkloru ” qeyri-hökumət təşkilatının direktoru Sandro Natadze sənədli filmin ərsəyə gəlməsinə böyük dəstək göstərən, Gürcüstan azərbaycanlıları konqresinin sədri Hüseyn Yusubova öz dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, layihənin dəstəkçiləri “Açıq Cəmiyyət Fondu” və “Gürcüstan Folklor Dövlət Mərkəzi”dir. Gürcüstanın azərbaycanlılarının mədəniyyət və adət-ənənələrini yaxından tanımağa və populyarlaşdırmağa xidmət edir.

Biz Gürcüstan Azərbaycanlıları olaraq Gürcüstan Folklor mərkəzinə mədəniyyətimiz göstərdikləri diqqətə görə təşəkkür edirik!

Kateqoriya: Gündəm
Sonrakı yazı
Telavi Məhkəməsi 14 yaşlı qızın qəsdən qətlində  təqsirləndirilən iki yaxın qohumu haqqında həbs-qətimkan tədbiri seçib
Öncəki yazı
“Google”da mətn təsviri əsasında şəkil yaratmaq, fotonu redaktə etmək mümkün olacaq – VİDEO