This is a specific ad

Tbilisidə “Saz” filminin təqdimatı olub

137

Another advertisement

Tbilisidə “Saz” filminin təqdimatı olub
“Qafqaz Türk Media” xəbər verir:
Gürcüstandakı ozan-aşıq-saz sənətimizin, eləcə də Gürcüstan əsilli azərbaycanlıların mədəniyyətinin, adət-ənənələrinin inkişafı və daha yaxşı təbliği məqsədilə çəkilmiş “Saz” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimi Gürcüstan Mədəniyyət Nazirliyinin “Folklor Mərkəzi”ndə baş tutub. Qeyd edək ki, bu önəmli layihə də məhz “Folklor Evi”nin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir.
Maraqla qarşılanan film dəfələrlə gurultulu alqışlara səbəb olub.
Qeyd edək ki, kinolentdəki yazılarda – titrlərdə – əməyi keçən, layihənin iştirakçıları olan bir neçə təşkilatın rəsmi loqoları da yer alır və bu təşkilatlar arasında Gürcüstan Azərbaycanlıları Konqresinin rəsmi loqosunun olmağı da çox ürəkaçandır!
Təqdimat iştirakçılarından Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov, iki çağırış Gürcüstan Parlamentinin deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, layihə rəhbəri Sandro Natadze filmi böyük rəğbət və təqdirlə qarşıladıqlarını bildirərək, yaradıcı heyətə, ayrılıqda filmin rejissoru Levan Padaraiaya və aşıq Nargilə Mehdiyevaya öz təşəkkürlərini bildiriblr.
GAK sədri H.Yusubov öz çıxışında həm öz adından, həm də xalqımız adından bu hadisəni bir tarixi hadisə adlandırıb və adət-ənələrimizin tanıdılması yönündə ilk dəfədir ki, həyata keçirilən belə mükəmməl layihəyə görə əməyi keçən hər kəsə bir daha təşəkkür edib. Və deyib ki, mədəniyyətin qorunması, gələcək nəsillərə çatdırılması yonündə yol da məhz elə bu cür filmlərdən keçir. Sonda Hüseyn müəllim təklif etdi ki, filmin növbəti təqdimatı Marneuli şəhərində keçirilsin. Onun bu təşəbbüsü də təqdirlə qarşılandı.
“Qafqaz Türk Media” bildirir ki, filmin Azərbaycanda və Türkiyədə də təqdimatının keçirilməsi də planlaşdırılır.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
თბილისში დოკუმენტური ფილმის “საზის” პრეზენტაცია გაიმართა
Öncəki yazı
ირაკლი კობახიძე აზერბაიჯანის ელჩს შეხვდა