This is a specific ad

Tbilisidə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə mitinq keçirilir

26

Another advertisement

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilir.

Qafqaztürk xəbər verir ki, aksiya yerli telekanallar tərəfindən canlı yayımlanır.

Mitinq iştirakçıları Moskvanın birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırmaq və gürcülər üçün viza rejimini ləğv etmək qərarına Gürcüstan hakimiyyətinin müsbət reaksiyasını tənqid ediblər. Onlar ölkə rəhbərliyindən Tbilisi ilə Moskva arasında tezliklə başlanacağı gözlənilən birbaşa reyslərə qadağa qoyulmasını tələb edirlər.

Etiraz aksiyası parlament binasının arxasında keçirilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Ərdoğan: “28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”
Öncəki yazı
Marneuli bələdiyyəsi NATO ilə Gürcüstan arasında əlaqə səfirliklərinin nümayəndələrini qəbul edib