Tbilisidə motosikl və mopedlər avtobus zolağında hərəkət edə biləcəklər

119

Another advertisement

Tbilisidə sentyabrın 1-dən etibarən motosikl və mopedlər avtobus zolağında hərəkət edə biləcəklər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.

“Tbilisi meriyası avtobus zolaqlarında motosikl və mopedlərin hərəkət şərtlərini müəyyən edən müvafiq qərar hazırlayıb və təsdiq üçün müvafiq Şuraya təqdim edəcək. Sözügedən dəyişiklik şəhər şurasında müzakirə olunur. Biz istəyirik ki, bu ilin sentyabrın 1-dən bu qayda tətbiq edilsin ki, mopedlər və motosikletlər avtobus zolağında hərəkət etmək imkanı əldə etsinlər”,   – deyə Kaxa Kaladze bildirib.

Qərara əsasən, müvafiq yol nişanı və ya üfüqi nişanlanan avtobus zolağında gecə və gündüz istənilən vaxt motosiklet və mopedin hərəkətinə icazə verilir ancaq avtobus zolağında sərnişinlərin götürülməsi/düşürülməsi qadağan ediləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avqustun 1-dən etibarən “Xarici Təsirin Şəffaflığı Haqqında” Qanun qüvvəyə minir
Öncəki yazı
İranda “Qisas bayrağı” qaldırılıb