Tbilisidə Gürcüstan azərbaycanlıları üçün iftar süfrəsi açılıb.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Tbilisidə iftar süfrəsi təşkil olunub.
QafqazTürk Media xəbər verir ki, süfrə ətrafında səfirliyin əməkdaşları, DQİDK-nın sədri Ramin Məmmədov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin direktoru Zaza Vaşakmadze, Kvemo-Kartlinin qubernatoru, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarının rəhbərləri, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, soydaşlarımız və din xadimləri toplaşıblar.