Tbilisi meriyası yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.
“Gürcüstan-Ermənistan futbol matçı ilə əlaqədar “Dinamo Arena”nı əhatə edən küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq”. Məhdudiyyət martın 23-ü saat 14:00-dan etibarən qüvvəyə minəcək.
Matçdan əvvəl və oyun zamanı Akaki Cereteli prospekti, Qiorqi Çabadze, Maikovski, Kipiani və Metreveli küçələri ehtiyacdan asılı olaraq qismən və ya tamamilə bağlanacaq.
Hərəkət Tevdore Mğvdeli, Abastumani, Mixeil Tsinamdzgvrişvili, Tamar Mepe prospekti, Arçil Kurdiani, Şota İamanidze və Murman Lebanidze küçələrində mümkün olacaq.
İctimai nəqliyyata gəlincə, avtobus və mikroavtobuslar Tsereteli prospektindən Kutaisi küçəsinə qoşulacaq, Vaxuşti körpüsündən keçərək Saakadze meydanına, Qəhrəmanlar meydanına, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək.
Matçdan sonra ərazidə nəqliyyatın hərəkəti bərpa olunacaq”, – məlumatda deyilir.