Tbilisidə binanın uçmasıyla bağlı istintaq başa çatıb

65

Tbilisidə binanın uçmasıyla bağlı istintaq başa çatıb.

Tbilisinin “Vağzal Meydanı” yaxınlığında yerləşən və iki gün əvvəl bir hissəsi uçmuş yaşayış binasında istintaq tədbirləri başa çatıb.

Hadisə yerindən 102 sakin təxliyə edilib və onlar Didube rayon idarəsi tərəfindən 11 müxtəlif oteldə müvəqqəti yerləşdirilib. Sakinlərə müəyyən qrafik əsasında binaya girib şəxsi əşyalarını götürmək imkanı yaradılıb.

Xatırladaq ki, 14 iyul axşamı binanın dam örtüyünün bir hissəsinin uçması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra bina sakinlərinin köçürülməsinə başlanılıb.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
“Fikirlərini formalaşdırmaqda çətinlik çəkirlər, tənqidi fikir yürüdə bilmirlər, söz ehtiyatları məhduddur…”- UNICEF-in Gürcüstan tələbələri ilə bağlı araşdırması
Öncəki yazı
Sinoptiklər əhaliyə xəbərdarlıq edirlər