Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert tədbiri keçirilib

148

Tbilisidə, Rustaveli Milli Teatrında Azərbaycanın Zəfər Gününün 5 illiyinə həsr olunmuş təntənəli konsert tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin nümayəndələri, parlament deputatları, Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri, müxtəlif bölgələrdən ziyalılar və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə şanlı Zəfəri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək hər kəsi salamlayıb və dəvəti qəbul edib gələn hər kəsə öz təşəkkürünü bildirib.

“Bu gün biz burada dost və qardaş Gürcüstanda, Tbilisidə həm qalib xalqın nümayəndələri kimi, həm də sülhə, dostluğa və birgə gələcəyə inanan insanlar kimi bir araya gələrək Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir günü, Zəfər bayramının 5-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edir və Zəfər Günü münasibətilə təbrik edirəm”.

44 günlük müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Konsertdə məşhur müğənni Zamiq Hüseynov çıxış edib. O öz repertuarından və milli musiqimizdən müxtəlif mahnılar ifa edərək zalda əyləşən hər kəsin könlünü oxşayıb.

Konsertdə həmçinin gürcü mədəniyyətinin nümayəndələrindən olan ” Erisioni” ansamblı müxtəlif rəqslərlə çıxış ediblər.

Tədbirin sonunda konsertdə əməyi olan hər kəs təltif edilib, xatirə şəkilləri çəkdirilib.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dmanisidə qətl hadisəsi baş verib, şübhəli şəxs saxlanılıb
Öncəki yazı
Avropa Komissiyası Ermənistana viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planı təqdim edib – ƏTRAFLI