Another advertisement
Parlament qarşısında etiraz aksiyası başlayıb. Etirazçılar Rustaveli prospektində yolu bağlayıblar.
Rustaveli prospektində davam edən mitinqlə paralel olaraq İctimai Yayım Şirkətinin yaxınlığında mitinq keçirilir və buradan etirazçılar da Parlamentə yürüş edəcəklər.
İştirakçıları Filarmoniyadan Parlamentə etiraz yürüşü keçirəcək aksiyaya əczaçıların yürüşü də qoşulacaq.
Davamlı etirazların 47-ci günündə etirazçıların əsas tələbləri yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılanların qeyd-şərtsiz azadlığa buraxılmasıdır.