This is a specific ad

Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir keçirilib

49

Another advertisement

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Bolnisi Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə paytaxt Tbilisi ilə yanaşı, Marneuli, Bolnisi və digər rayonlardan gəlmiş azərbaycanlı şagirdlər, balaca fidanlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Xatirə Muzeyində məktəblilərin Vətənə, təbiətə, Şuşaya, və Azərbaycan-Gürcüstan dostluğuna aid çəkdikləri rəsmlərindən ibarət sərgiyə baxıblar.

Məktəblilərə böyük ədib, həkim və siyasətçi Nəriman Nərimanovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov bildirib ki, tədbirə Gürcüstanın ucqar rayonlarından azərbaycanlı məktəblilərin dəvət olunması soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Ata-ana, baba-nənə qayğısı ilə böyüyən uşaq bəlkə də dünyanın ən xoşbəxt varlığıdır.

“Ümumiyyətlə, Azərbaycanda və Gürcüstanda uşaq hüquqlarının yüksək səviyyədə qorunması, uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı bir sıra ölkələr üçün nümunə ola bilər”, – deyə F.Quliyev vurğulayıb.

Tədbirdə uşaqlar şeirlər söyləyib, azərbaycanlı və gürcü müğənnilər, rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Süni intellekt pizza əvəzinə daş yeməyi məsləhət gördü: “Google”dan məsələ ilə bağlı AÇIQLAMA
Öncəki yazı
Stoltenberq: “Xarici agentlər” qanunu Gürcüstanı səhv istiqamətə aparır”