This is a specific ad

Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” yaradılıb

74

Another advertisement

Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” yaradılıb.

Gürcüstan vətəndaşları ölkə boyu “Birlik zənciri” yaradıb və bununla da Avropanın ölkə seçiminə dəstək ifadə ediblər.

“Birlik zənciri”ndə olan vətəndaşlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyırlar.

Etirazların başlamasından 1 ay sonra, dekabrın 28-də Gürcüstanın şəhərlərində “Birlik zənciri” keçirilir.

Tbilisidə canlı zəncir bağlanıb: Vaxuşti körpüsündə; Çariça Tamar körpüsündə; Qalaktion körpüsündə; Zaarbriuken körpüsündə; Barataşvili körpüsü; Sülh körpüsü və Metexi körpüsündə.

Canlı zəncir Gürcüstanın müxtəlif şəhərlərində bağlanıb.

Məlumat üçün bildirək ki, vətəndaşların etirazı noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsinin gündəmə gətirilməməsi barədə qərar qəbul etməsindən sonra keçirilir. Etirazçıların əsas tələbləri dəyişməzdir – yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı həbs olunan şəxslərin azad edilməsi.

Sonrakı yazı
Qarşıdan Gələn Həmrəylik Gününüz və Yeni İliniz Mübarək!
Öncəki yazı
“Son bir həftə ərzində Kursk bölgəsində 1000-dən çox Şimali Koreya əsgəri ölüb və ya yaralanıb”-Con Kirbi