This is a specific ad

Tbilisidə Tbilisi-Batumi qatarı qəzaya uğrayıb- 2 nəfər həyatını itirib

457

Another advertisement

Tbilisidə Tbilisi-Batumi istiqamətində hərəkət edən sərnişin qatarı iş platformasına çırpılıb. Əldə olunan məlumata görə, hadisə nəticəsində “Gürcüstan Dəmiryolları”nın 2 əməkdaşı dünyasını dəyişib.

Qafqaztürk Media xəbər verir ki, bu barədə “Gürcüstanın Dəmiryolları” məlumat yayıb.

“Bu gün, sentyabrın 3-də Tbilisidə “Gürcüstan Dəmir Yolları” QSC-nin Didube-Avçala hissəsində baş vermiş dəmir yolu qəzası nəticəsində planlaşdırılmış işləri icra edən iki əməkdaşı həlak olub. Hazırda Batumi-Tbilisi istiqamətində hərəkət edən qatar dayanıb, qatarda olan sərnişinlər xəsarət almayıb.

“Gürcüstan Dəmir Yolları” baş vermiş hadisədən kədərləndiyini bildirərək, dünyasını dəyişmiş hər 2 əməkdaşın ailəsinə başsağlığı verir”, – məlumatda deyilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi səfərbər olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Rusiya işğal olunmuş Abxaziyanın maliyyəsini dayandırıb
Öncəki yazı
Gürcüstanda yeni qanun qüvvəyə minəcək