Another advertisement
Tbilisidə Tsereteli prospektində yerləşən “OK” şaurma obyektinin fəaliyyəti dayandırılıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Qida Agentliyi məlumat yayıb.
Məlumata görə,laboratoriya tədqiqatları nəticəsində şaurma üçün nəzərdə tutulmuş qızardılmış donuz ətində patogen mikroorqanizm – Salmonella, eləcə də Proteus spp (proteus bakteriyaları), koliformalar, aerob mikroorqanizmlər və kif göbələkləri aşkar edilib.
Ciddi uyğunsuzluqlara görə MMC “Madli”nin fəaliyyəti dayandırılıb və qanunvericiliyə uyğun olaraq cərimələnib.