This is a specific ad

Tbilisidə şəxs qonşusuna soyuq silahla xəsarət yetirib

24

Another advertisement

Tbilisidə bir gənc yaralanıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əldə olan məlumata görə, Saburtaloda sərxoş qonşular arasında mübahisə yaranıb, daha sonra onlardan biri digərinə bıçaqla xəsarət yetirib.

Yaralı klinikaya aparılıb, ikinci şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 118-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə istintaq aparılır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Çinin ən böyük aviaşirkəti bu aydan Gürcüstana birbaşa uçuşlara başlayacaq
Öncəki yazı
Gürcüstanda Hepatit B ilə mübarizə üzrə dövlət proqramı işə salınıb