Tbilisidə polis narkotik ittihamı ilə 2 nəfəri həbs edib

67

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müxtəlif vaxtlarda Tbilisi şəhərində keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, satmaq və satmağa cəhd etməkdə təqsirli bilinən iki nəfər tutulub.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Hakimin qərarı əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə dəfə narkotik vasitələrin nəzarət altında alışını həyata keçirib və bu alışların audio və video çəkilişlərini gizli şəkildə lentə alıblar.

Narkotik ittihamı ilə həbs edilən şəxslərin şəxsi əşyalarından dəlil-sübutlar, həmçinin qeyd olunan yerlərdə sonrakı satış üçün saxlanılan narkotik vasitələrdən “heroin” və “Alfa-PVP” götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 19-260-cı maddələri ilə istintaq aparılır”, – məlumatda deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib
Öncəki yazı
Tbilisidə bu küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb