This is a specific ad

Tbilisidə parkinq yerləri azalıb- Cərimələrin miqdarı artacaq

279

Another advertisement

“Bu il cərimələrin miqdarı 10% artacaq”-  Tbilisidə parkinq yerləri 5263 azalıb.

Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzi Tbilisidə parkinq yerlərinin azaldılması və cərimələrin artırılması barədə məlumat dərc edir.

Təşkilatın araşdırmasına görə, 2018-ci ildə paytaxtda 32 257 avtomobil dayanacağı var idisə, 2023-cü ilin məlumatına görə, bu rəqəm 26 994-ə qədər azalıb.

“Meriya diqqətini zonalı – saatlıq və standart parkinqlərə yönəldib, “Şəhər Parkı”ndan çıxdıqdan sonra Tbilisidə parkinq yerlərinin sayı 2018-2023-cü illərdən 5263 ədəd – 16% azalıb, parkinq  cərimələrinin sayı isə 7,3 dəfə artıb.

Yalnız bir ildə – 2023-cü ildə parkinq cərimələri 2022-ci ilə nisbətən 260% artıb. Parkinq cərimələri 2018-ci ildə – 2,6 milyon lari, 2023-cü ildə – 19 milyon lari, 2024-cü ildə cərimələrin məbləği 10% artacaq”, –  deyə Nəqliyyat Dəhlizi Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasında bu tarixdə çıxış edəcək
Öncəki yazı
Hüseyn Arif-100