Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə mübahisə zəminində bir kişiyə soyuq silahla xəsarət yetirilib. Faktla bağlı bir nəfər həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci maddəsi ilə araşdırma aparılır. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.