Tbilisidə “Praqa prosesi çərçivəsində miqrasiya proseslərinin elektron idarə olunması və bu sahədə müasir texnologiyanın tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Qafqaztürk xəbər verir ki, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadan olan 60-a yaxın ölkənin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları təmsil edib.
Müzakirələr zamanı müasir dövrdə miqrasiya sahəsindəki mövcud problemlər və onların həlli istiqamətində görülən işlər, qəbul olunan yeni qərarlar geniş müzakirə edilib.Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları, elektron viza sisteminin tətbiqi, DMX-nin rəsmi internet portalında olan xidmətlər və digər fəaliyyət istiqamətləri haqda ətraflı məlumat veriblər.
Qeyd edək ki, tədbir oktyabrın 25-nə kimi davam edəcək.