Another advertisement
“Gürcüstan Avropanı seçir” – oktyabrın 20-də, saat 19:00-da Tbilisidə planlaşdırılan genişmiqyaslı kütləvi yürüş 4 yerdən başlayacaq.
QafqazTürk Media xəbər verir ki, yığıncaq dörd yerdə başlayacaq: Marcanişvili meydanı, Qəhrəmanlar meydanı, Respublika meydanı və 300 Araqveli meydanı. Toplananlar Azadlıq meydanına doğru yürüş edəcəklər.
Aksiyanı qeyri-hökumət təşkilatları birliyi elan edib. Onların fikrincə, bu yürüş Gürcüstanın Avropa gələcəyinə həsr olunub və burada vətəndaşlar öz seçimlərini ifadə edəcəklər.