Another advertisement
Gürcüstanda klinikadan qaçan məhbusların hər üçü həbs edilib.
Qafqaztürk xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze “Facebook” paylaşımında bildirib.
O, Daxili İşlər Nazirliyi ilə birgə aparılan axtarış əməliyyatının uğurla tamamlandığını qeyd edib. Əlavə edib ki, cinayətə yol verənlərin hər biri cəzalandırılacaq.
Qeyd edək ki, yerli KİV həbsdən qaçanların azyaşlı məhbuslar olması barədə məlumat yayıb.