This is a specific ad

Tbilisidə İsrailə dəstək aksiyası keçirilib

62

Another advertisement

Aksiyada Gürcüstanda yaşayan yəhudilərlə yanaşı, digər xalqların nümayəndələridə iştirak edib.

Aksiya iştirakçıları HƏMAS-ın İsrailə hücumunu pisləyiblər, ölənlərin xatirəsini anıblar.

Gürcüstanda fəaliyyət göstərən “İsrail Evi”nin təsisçisi İsik Moşe bildirib ki, aksiyanı gürcü xalqının nümayəndələri təşkil edib:

“Mən də burada digər aksiya iştirakçıları kimi iştirak edirəm. Bütün Gürcüstan xalqı, mediası haqlı mövqedə olan İsrailin tərəfindədir. Onlar terrora etiraz edirlər”.

“Mən xoşbəxtəm ki, Gürcüstan antiterror yolunu seçdi. Dünya da bu yolu seçməlidir. Biz Gürcüstanda fəaliyyət göstərən “İsrail Evi” olaraq bir çox təşkilatlara HƏMAS-a terrorçu statusu verilməsi ilə bağlı məktublar göndərmişik. Biz birgə bu yolda addımlasaq dünyanı terrorçulardan təmizləyəcəyik”, – İ.Moşe bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
აშშ-ის ახალი ელჩი რობინ დანიგენი საქართველოშია
Öncəki yazı
გაცნობითი შეხვედრა იურიდიული მომსახურების სააგენტოსთან, მოსახლეობისთვის უფასო იურიდიული კონსულტაციის და საადვოკატო მომსახურების გაწევასთან დაკავშირებით