This is a specific ad

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub

22

Another advertisement

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir.

Qafqaztürk xəbər verir ki, mərasimdə Baş nazir İrakli Ğaribaşvili , Azərbaycanın Baş naziri Əli Əsədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak edir.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.

Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qaribaşvili Azərbaycan və Ermənistan Baş nazirləri ilə üçtərəfli görüşün keçirildiyini təsdiqləyib
Öncəki yazı
Əli Əsədov: Gürcüstanda tarixən Azərbaycan xalqının mədəniyyətinə rəğbət bəslənilib